Дневник

“Soyuq günəş" ekranlara çıxır

2020-02-20


    Tamaşaçıların səbrsizliklə gözlədiyi, ilk dəfə azərbaycan və ləzgi dillərində çəkilmiş “Soyuq günəş” bədii filmi hazırdır. Ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirən bədii filmin təqdimatı və nümayişi bu il 16-17 mart tarixlərində Bakının Nizami kinoteatrında keçiriləcəkdir. Martın 16-da film azərbaycan dilində, martın 17-də isə ləzgi dilində nümayiş etdiriləcək.

   Ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı olan filmin çəkilişləri Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparılmışdır. Filmin quruluşçu operatoru Elxan Rüstəmov, rejissoru Məlahət Əhməd, bəstəkarı Sədaqət Kərimova, rəssamı Sevda Məmmədova, qrim üzrə rəssamı Səadət Sadıqova, montajçı Nicat Qayıbov, səs rejissoru Teymur Kərimovdur.

   Baş rollarda İranə Kərimova və Mirsənan Kazımov çəkilmişlər. Firəngiz Babayeva, Füzuli Hüseynov, Qəmər Məmmədova, Ədalət Abdulsəməd, Niyaz Qasımov, Elçin Əfəndi, Dilarə Fərəcullayeva, İlhamə Əhmədova, Şəhla Məmmədova, Aygün Fətullayeva, Turəxanım Qasımlı, Könül Şahbazova, Flora Hüseynova, Nəzrin Məmmədova, Gövhər Şahbanova, Araz Pirimov, Qurban Əhmədov kimi Azərbaycanın tanınmış aktyorlarının çəkildikləri film maraqlı süjet xətti və peşəkar aktyor oyunu ilə diqqət çəkir.


Сайт сделан в A2Studio