Bloq

İşıq axtarın


Hara baxırsan, qara rəngə boyanıb. Qəzetlərdə xoş xəbər, ürəkaçan məlumat tapmırsan. Teleekranlar başdan-başa qara boya ilə boyanıb. Ölüm-itim, xəyanət, cinayət və bir də qara şou. Ümidverici, ürəkaçıcı heç nə yoxdur. Mağazalardakı geyimlərin əksəriyyəti qara rəngdə. Bu nədir, qaraya aludəçi oluruq? Qaçın qaradan, dostlar! Sizə xoş ovqat verənlərlə yaxınlıq edin. Könülaçan söhbətlərə qulaq asın, səmimi, sadə insanlarla dostluq edin. Belələrini tapa bilməsəniz, təbiətlə sirdaş olun. Mənim kimi. Çəmənlərə, dağlara, meşələrə üz tutun. Orada təmizlik, saflıq qalıb. İçinizə qara rəngin çökməsinə, sizin həyat eşqinizin sönməsinə imkan verməyin. İşıq axtarın. Axtaran tapar.

 

 


Sayt A2Studio tərəfindən yaradılıb